Qarabağ

Mirəli türbəsi

Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mirəli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir.


Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə - XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi şübhə doğurmur.


Bu qədim türbə öz memarlıq formasına və gümbəzinə görə orta əsr memarlığının təkrarolunmaz nümunəsi olmasıyla doğrudan da xoş bir möcüzə idi və bəlkə də elə buna gorə müqəddəsləşdirilmiş, böyük nüfuza malik ziyarətgaha çevrilmişdi. Türbə üç pilləli kürsü üzərində ucaldılan silindirik formalı və onu tamamlayan konus şəkilli hündür gümbəzdən ibarətdir. Türbə bütünlüklə yonulmuş ağ daşdan tikilib. Mirəli türbəsi qədim köç yolu üzərində yerləşdiyindən, əsrlər boyu buradan böyük sürüləriylə yaylaqlara və yaylaqlardan düzlərə köç edənlər onun divarlarına çöl tərəfdən əl çatana kimi müxtəlif işarələr və rəsmlər həkk ediblər. Bunların özləri də tarixi nöqteyi-nəzərdən çox əhəmiyyətli idi. 

 

Mil düzündən Yuxan Qarabağa gedəndə, düzün qurtaracağında 6 iti gümbəzilə göyə dikilən bu nadir və sirli memarlıq nümunəsi görünür. Bu türbə Ağdamdan Füzuliyə gedənlərin də nəzər-diqqətindən yayınmamışdır. Əsrlər boyu buradan boyük sürülərlə yaylaqlara və yaylaqlardan düzlərə köç edənlər onun divarlarına çöl tərəfdən əl çatana kimi müxtəlif işarələr və rəsmlər həkk etmişdilər. Bunların özləri də tarixi nöqteyi-nəzərdən çox əhəmiyyətli idi.