Rus nağılı. Çil toyuq və siçan balaları
Bir evdə Çil Toyuq və iki siçan balası yaşayırdı. Bir dəfə Toyuq kökə bişirmək istədi. Siçanlara dedi:
- Sünbülü dəyirmana kim aparacaq?
- Biz yox, biz yox! - deyə siçanlar qışqırdılar və topu götürüb oynamağa qaçdılar.
Toyuq özü sünbülü dəyirmana apardı. Qonşuluqda yaşayan Sincab və Dovşan ona kömək etdilər. Toyuq dənləri üyütdü, dadlı kökələr bişirdi və dedi:
- Kökələr hazırdır. Onları kim yeyəcək?
- Biz, biz! - deyə siçanlar qışqırdılar.
Toyuq dedi:
- Yox, belə olmaz. Kim işləyibsə, kökələri də o yeyəcək!
Toyuq Dovşanı və Sincabı qonaq çağırdı.
Oturub ləzzətlə kökələri yeməyə başladılar.
Siçanlar isə baxa-baxa qaldılar.
26.05.2022