
Hündürlüyü yüz metrə çatan nəhəng sekvoyya ağacları haqqında hamımız eşitmişik. Bu ağaclardan ibarət bütöv bir park ABŞ-ın Kaliforniya ştatının Syerra-Nevada dağ sistemində yerləşir. Planetimizin ən böyük sekvoyyaları uzun illərdir bu nəhəng meşədə bitir. Parkın ərazisində turistləri mat qoyan başqa görməli yerlər də var. Məsələn, unikal avtomobil tuneli... Bu tunel bir vaxtlar qopub yola düşən sekvoyya ağacının içərisindən keçir.
Amerikanın çox gözəl dağlıq ərazisində yerləşən bu parkın əsası 1890-ci ildə qoyulub. Bu ərazidə “salamat qalan nəhəngləri” mühafizə edib saxlamaq zərurəti məhz onda yaranıb. Hazırda parkın ərazisində sekvoyyanın 2 növü bitir: qırmızı rəngli həmişəyaşıl sekvoyya və nəhəng sekvoyya. Milli parkın ərazisində möhtəşəm ağaclarla bərabər, çoxlu sayda maraqlı mağaralar var. Ən böyük mağaranın uzunluğu 32 kilometrə çatır. Amma turistləri həmin mağaraya buraxmırlar. Qonaqlar “Kristal” adlı mağaraya baş çəkə bilərlər.
Parkda təkcə nəhəng sekvoyyalar deyil, həm də gözəl şəlalələr, yaşıl çəmənlər və zəngin heyvanat aləmi cəlb edir. Park məşhur koyot canavarların, Amerika qara ayılarının, habelə ziyansız və nəcib ağquyruqlu maralların məskənidir.
15.12.2014