Bu maraqlıdır!

Dünyanın ən məşhur səkkiz zooparkı. Cənubi Afrikanın Milli Zoologiya Bağları (Pretoriya zooparkı)

Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya “National Zoological Gardens of South Africa” - Cənubi Afrikanın Milli Zoologiya Bağları adlanan zooparkı ilə fəxr edir.
 
1899-cu ildə 2-ci İngilis-bur müharibəsinin qurtarmasından sonra Cənubi Afrikalı fiziki və incəsənət xadimi Yan Qunninq tərəfindən salınan zoopark maraqlı quruluşa malikdir. Onun bir hissəsi düzənlikdə, digəri isə ona bitişik dağlıq ərazidə yerləşir. Bir-birini tamamlayan iki müxtəlif areal arada axan çay vasitəsi ilə ayrılır və iki körpü vasitəsi ilə birləşir.
 
Akvariumlar, sürünənlərin, məməlilərin saxlandığı volyerlər, yırtıcılar üçün nəzərdə tutulmuş xüsusi seksiyalar, primatların parkı, Avstraliya bölməsi zooparkın əsas hissələridir.
 
Zooparkda 209 növdən 3117 məməli, 202 növdən 1358 quş, 190 növdən 3871 balıq, 4 növdən 388 onurğasız, 93 novdən 309 sürünən və 7 növdən 44 suda-quruda yaşayan heyvanlar saxlanılır. 
 
Zoopark həmçinin heyvanların yaşayış şəraitini yaxşılaşdırmaq istiqamətində bir neçə layihə də həyata keçirir.