Babanın ad günü
Baba təqaüdə çıxmışdı, işə getmirdi. O, vaxtının çoxunu nəvəsi Mahirlə keçirirdi. Mahir də babasını çox sevirdi. Onlar birlikdə gəzməyə gedir, sınmış oyuncaqları birlikdə təmir edir-dilər. Axşamlar baba nəvəsinə nağıl danışırdı.
Martın beşində Mahirin ad günü idi. Qohumları onu təbrik edib, hədiyyələr bağışladılar.
Mahir babasına yaxınlaşıb soruşdu:
- Baba, sənin ad günün nə zamandır?
- İyulun ikisində.
O, bu tarixi yaddaşında saxladı. Yaz keçdi. Nəhayət ki, iyulun ikisi gəlib çatdı. Mahir səhər tezdən oyanıb, babasının yanına gəldi və ona bir qutu uzadıb dedi:
- Babacan, ad günün mübarək! Bu qutunu, özüm hazırlamışam. Bundan sonra gözlüyünü bu qutuda saxlayarsan.
Baba nəvəsini qucaqlayıb dedi:
- Sağ ol, mənim ağıllı nəvəm.
16.07.2021