Nağıllar, hekayələr

Tülkü və xərçəng

Tülkü və xərçəng bir gün yan-yana durub söhbət eləyirlər. Tülkü xərçəngə deyir:

 

- Gəl, yarışaq.

 

Xərçəng cavab verir:

 

- Gəl.

 

Yarışmağa başlayırlar. Tülkü qaçır, xərçəng də yapışır tülkünün quyruğundan. Tülkü son nöqtəyə çatanda xərçəng quyruğu buraxıb tülküyə deyir:

 

- Hardasan? Çoxdandır burda səni gözləyirəm.