Tülkü və xərçəng
Tülkü və xərçəng bir gün yan-yana durub söhbət eləyirlər. Tülkü xərçəngə deyir:
- Gəl, yarışaq.
Xərçəng cavab verir:
- Gəl.
Yarışmağa başlayırlar. Tülkü qaçır, xərçəng də yapışır tülkünün quyruğundan. Tülkü son nöqtəyə çatanda xərçəng quyruğu buraxıb tülküyə deyir:
- Hardasan? Çoxdandır burda səni gözləyirəm.
29.06.2021