Vilhelm Konrad Rentgen
25 il əvvəl, 8 noyabr 1895-ci ildə elm tarixinin ən görkəmli kəşflərindən biri edildi: Alman fiziki Vilhelm Konrad Rentgen “Rentgen şüalarını” kəşf etdi. Onun adını verdiyi, X-şüalar, hər şeydən əvvəl tibbdə inqilab yaratdı və diaqnostikanı tamamilə yeni bir səviyyəyə qaldırdı. O, bu ixtirasına görə Fizika üzrə Nobel Mükafatı laureatıdır (yeri gəlmişkən, bu sahədəki ilk laureatdır).
Vilhelm Konrad Rentgen 1845-ci ildə Almaniyanın Remşayd şəhərinin Lennep kəndində doğulub. Uşaqlığı və ilk təhsil illəri Hollandiya və İsveçrədə keçirib. 1865-ci ildə daxil olduğu Sürix Politexnikdə universitet təhsili görmüş və 1868-ci ildə "maşın mühəndisi" olaraq məzun olub.
Rentgen 1869-cu ildə Sürix Universitetinin doktoranturasını alıb. Ali təhsil aldıqdan sonra elmi işlərinə görə Strasburq (1876), Qisensk (1879), Vürtsburq (1888) və Münhen universitetlərinin professoru adlarına yiyələnib. 1900-cu ildə Münhen universiteti Fizika kürsüsünə və yeni Fizika İnstitutunun rəhbərliyinə gətirilib.
Arvadının ölümündən dörd il sonra, yəni 1923-cü ildə Birinci dünya müharibəsinin yaratdığı yüksək inflyasiya iqtisadiyyatı mühitində maddi çətinliklər içərisində Münhendə həyatını itirmişdir.
Tədqiqatları pyezoelektrik və piroelektrik xassələrinə, onlarda elektrik və optik hadisələr arasındakı əlaqəyə və maqnetizmə aiddir. Vilhelm X-şüalarını (röntgen şüaları) kəşf edib, ilk rentgen borusunu yaradıb. Rentgen şüalarının kəşfi elmin bütün sahələrinə güclü təsir etmişdir. Rentgen və qamma şüalanmaları vahidi rentgen onun şərəfinə aid edilmişdir.
22.01.2021