Görkəmli şəxsiyyətlər

Nobel mükafatına layiq görülən ilk qadın yazıçı: Selma Laqerlef

Selma Laqerlef - İsveç yazıçısıdır. O, "Nobel" mükafatına layiq görülən ilk qadın yazıçıdır. Uşaqlıq illərini çətin keçirmiş Selma (1858-1940) jurnalistlərin suallına könülsüz cavab verirdi. Selma 3 yaşında iflic olur, yataqdan qalxa bilmir və balaca qızcığaz üçün yeganə təsəlli nənəsinin danışdığı nağıl və hekayələr olur. Uzun sürən müalicədən sonra 9 yaşında Selmada hərəkət etmə qabiliyyəti qayıdır, O,  yazıçı karyerası qurmaq arzusunda idi. Selma ömrü boyunca çox çalışır, doktorluq dərəcəsini alır, hətda İsveç Akademiyasının üzvü seçilir.

 

1890-cı ilin yazında İdun qəzeti oxucuları maraqlandıracaq əsərlər üçün yarışma elan etdi. 1890-cı ilin avqust ayında Laqerlef hələ yarımçıq qalmış əsərinin bir neçə fəslini qəzetə göndərir və birinci mükafatını alır.

 

1906-cı ildə ilk kitabı dərc edilib. Həmin əsər Martin adlı qazın belində səyahətə çıxan Nils barəsində idi. Selma Laqerlef bununla kifayətlənməyib. "Trolli və insanlar" adlı külliyyatı işıq üzü görüb. Həmin külliyyata əfsanələr, nağıl və novellalar, böyüklər üçün romanlar daxil edilib.

 

Sonrakı dövrdə yazıçı inanılmaz bir şəkildə işləməyə davam etdi, "Görünməz əlaqələr" (1894), "Kunqahellanın kraliçaları" (1899) hekayələr toplusunu, əsasən xalq əfsanələrinə əsaslanan "Köhnə əyalət haqqında əfsanə" (1899) və “Cənab Arnenin Pulu" (1904) romanlarını nəşr etdirdi.

 

1909-cu ildə yazıçı Ədəbiyyat üzrə Nobel Mükafatına "bütün əsərlərini fərqləndirən yüksək idealizmə, canlı təsəvvürə və mənəvi bəsirətə görə" layiq görülür.