Görkəmli şəxsiyyətlər

Oskar mükafatı almış Rus animatoru Aleksandr Petrov

2000-ci ildə "Yaşlı adam və dəniz" cizgi filminə görə Oskar mükafatçısı olan məşhur Sovet və Rus animatoru Aleksandr Petrov Rusiya Federasiyasının Yaroslavl şəhərində yaşayır və elə orada da işləyir.

 

Petrov müxtəlif texnikalarda işləsə də, "canlanan rəsm" janrına üstünlük verir - şüşə üzərində bir kompozisiya kamera tərəfindən çəkilir, sonra görüntü silinir və yenisi yaradılır və s.

 

- Mən filmlərimi ağ və mat şüşənin üzərinə çəkirəm. Boyanı nazik bir təbəqə ilə (və ya bir neçə təbəqə ilə) fırça ilə deyil, barmaqlarımla çəkirəm. Təxminən A3 formatındakı iş sahəsi xüsusi lampalarla işıqlandırılır. Personajın hərəkətinin bir mərhələsini lentə alırıq, sonra silinir və növbəti mərhələsini çəkirik. Arxa plan səhnədə olduğu kimi kimi hərəkətsiz qalır. Ancaq əgər ehtiyac yaranarsa, deyək ki, "Yaşlı adam və dəniz" də olduğu kimi, okeanın hərəkətini canlandırmaq üçün arxa plan da hər dəfə yenidən çəkilməlidir - Petrov belə anladır. 

 

Petrov animator olaraq “Papaqdakı Pişik”, “İtmiş Fil”, “Kiçik Sərçə”, “Gecə” (1984), “Kiçik Keçinin Nağılı” (1985), “Xoş gəldiniz!” (1986), “Marafon” (1988), və s üzərlərində çalışmışdır.

 

Petrov 1987-1988-ci illərdə ssenari müəllifləri və rejissorları üçün Ali Kurslarda, tanınmış animator Fyodor Xitruk tərəfindən dərs alır.

 

Petrovun Yüksək Rejissorluq kurslarında buraxılış işi - Andrey Platonovun "İnək" (1989) hekayəsi əsasında çəkilmiş cizgi filmi oldu. Daha sonra o, Dostoyevskinin “Gülməli adamın yuxusu” (1992) və “Su pərisi” (1996) əsasında cizgi filmlərini çəkdi.

 

Aleksandr Petrovun ilk rejissor işi - Mixail Tumeley ilə birlikdə çəkilən "Marafon" cizgi filmidir. Mickey Mouse-un 60 illiyinə həsr edilmiş və 1988-ci ildə Roy Disneyə bağışlanmışdır.

 

Aleksandr Petrov 1996-1999-cu illərdə Montrealda yaşadı və çalışdı, burada o, "Yaşlı adam və dəniz" cizgi filmini çəkdi. 2000-ci ildə isə bu işinə görə Oskar mükafatına layiq görülmüşdür.