Bu maraqlıdır!

Böyük Hind səddi

Uzunluğu 224 km, hündürlüyü 3 metr, eni 2,5 metr olan "Kumbalgarh" Böyük Hind səddi uzunluğuna görə Dünyada ikinci ən böyük sədd hesab olunur.


Sədd qərbi Hindistanın Rajasthan (Rajasthan) mahalındakı Udaipur yaxınlığında, Aravalli dağ silsiləsinin qərb hissəsindən başlayır.


36 kilometrlik çevrəyə malik bu səddin tikintisinə 1443-ci ildən, yəni maxaraca Rana Kumbhanın (Rana Kumbha) hakimiyyəti dövründə başlanılmışdır. 


Bu qalanın ilk adının "Mahindrapur" olduğu deyilir, tarixçi Sahib Nəcim isə onu "Mahor" adlandırırdı.


VIII əsrdə Hindistanın qərbində müstəqil Mevar krallığı və ya Udaypur krallığı vardı. Hakimiyyəti  Sisoduya tayfasından olan racalar idarə edirdilər. 


Səddin tikilməsinin əsas məqsədi yad xalqların gözlənilməz hücumundan qorunmaq idi. Bu səd Kumbhanın və onun gələcək nəslinin müdafiəsi üçün tikilmiş və dəfələrlə Monqolların amansız hücumlarından qorunmağa kömək olmuşdur. Səddin tikilmə üsulunu və ərazisinin xəritəsini Kumbha özü hazırlamışdı və tikintinin daha sürətli və keyfiyyətli olması üçün yaxından izləmişdi.


Yüz ildən çox çəkən sədd tikintisi XIX əsrdə genişləndirilmişdir. Hal-hazırda sədd muzey qala kimi hər kəsin üzünə açıqdır. Yeddi müdafiyə olunan qapıdan ibarət bu səd dəniz səviyyəsindən 1100 metr hündürlükdə salınıb.

Sədd 84 qaladan ibarətdir. Bu qalalar döyüş və hücumlar zamanı əhalinin və əsgərlərin sığınacaq rolunu oynayırdılar. 


Bu 84 qalanın 32-sinin layihəsini şəxsən Maxaraca Rana Kumbha özü hazırlamışdı.  Bu səddin varlığından Dünya mediası  yaranmasından çox sonra, hətta bir neçə əsr sonra xəbər tutulmuşdur.


Sunami dalğalarını araşdırmaq istəyən bir neçə tədqiqatçı tərəfindən tapılmış sədd gözəlliyi ilə hər kəsi valeh edir. 


Sədd YUNESKO-nun Dünya Mirası siyahısına daxil edilib.


Bu gün qalada Rana Kumbhanın şərəfinə hər il üç günlük festival keçirilir.