
Qədim romalılar 4 min il bundan əvvəl ayaqqabıların dabanlarını yeyilməkdən qorumaq üçün dəmir mismarlardan istifadə edirdilər.
Bizim eradan 1000 il əvvəl Qədim Yunanıstanda çaxır istehsalı zamanı üzümün suyunu sıxıb çıxarmaq üçün presdən istifadə olunurdu.

1579-cu ildə Dansiqdə (hazırda Polşanın Qdansk şəhəri) həddən artıq mürəkkəb olan lenttoxuyan dəzgah ixtira olunsa da, bələdiyyə məclisi toxucular arasında işsizliyin artmasından ehtiyat edərək bu ixtiranı gizli saxlamış, ixtiraçı isə gizlincə boğularaq öldürülmüşdü.
Çox faydalı ixtira olan toxucu dəzgahı Kembric Universitetinin məzunu, kilsə rahibi Uilyam Li tərəfindən 1589-cu ildə hazırlanmışdı. Səhərdən axşama qədər corab toxuyaraq pul qazanmağa məcbur olan sevgilisinin boş vaxtını artırmağa çalışan Uilyam Linin ixtira etdiyi bu dəzgah dəqiqədə 1200 düyün vura bilirdi. Xatırladaq ki, əllə dəqiqədə yalnız yüzə qədər düyün vurmaq olar.
1927-ci ildə məşhur kinokompaniya olan “Warner Brothers”in rəhbərliyinə filmləri səsləndirmək təklifi ediləndə onlar belə cavab vermişdilər: “Aktyorların danışması kimə lazımdır ki?”
Hələ XVII əsrdə sualtı qayıq hazırladığına görə məşhurlaşan Holland mühəndisi və fiziki Kornelius Drebbl tarixdə məlum olan ilk termostatı da ixtira etmişdi. İnkubatorun – yumurtadan süni yolla cücə çıxaran aparatın ixtirası zamanı termostat elə onun özü tərəfindən təkmilləşdirilmişdi.
1851-ci ildə zəncirbəndin ixtirası amerikalı Elias Xoya məxsusdur.
10.09.2014