Asisidlər
Asisidlər (lat. Ascidiacea) (yunancada Askidion - torba) — Tunikalılar yarımtipinə aid olan okean sularının sakinləridir.
Bəzi növləri xarici görünüşcə skeletə bənzəsə də, əslində onurğasız canlıdır. Asisidlərin bədəni şişmiş bir balona bənzəyir. Aşağı nahiyəsində isə dibə yapışan altlığa sahibdir. Balonun divarları jeleni xatırladır, onlara - tunika deyilir. Asisidin müxtəlif növlərinin tunikalarının rəngi çox müxtəlifdir. Güman edilir ki, bu rəng onları yeyə biləcək yırtıcıları və okeanın digər sakinlərini qorxutmaq üçündür.
Uzunluğu 0,1 mm-dən 30 sm-ə qədərdir.
Yetkin asisidlər səthə yaxın yerlərdə böyüyür və yerindən tərpənmirlər, lakin sürfələri sularda sərbəst üzürlər. Bir neçə gün gəzişdikdən sonra uyğun bir yer tapıb məskən salır, adətən qaya parçasının üstündə oturaq həyat sürməyə başlayırlar. Bəzi asisidlər tək, bəziləri isə böyük koloniyalarda yaşayırlar.
Asisidlərin bəziləri özünəməxsus bir xüsusiyyətə malikdir: qanlarında vanadium var (Vanadium toxumaların oksigen udmasını gücləndirir). Asisidlər onu sudan udurlar.
Sinifə təxminən 2000 növ daxildir. Bütün dənizlərdə rast gəlinir.
Yaponiyada, asisidlər hətta sualtı plantasiyalarda böyüdülür.
18.07.2020