Dondurma necə yaranıb
Əlli il bundan qabaq adamlar ancaq yayda dondurma yeyərdilər. İndi isə onu bütün il boyu yeyirlər. Dondurmanın ilk dəfə Şərqdə yarandığı ehtimal olunur.
Səyahətçi Marko Polonun dondurmadan o qədər xoşu gəlir ki, o, dondurmanın reseptini özü ilə İtaliyaya aparır. Oradan da dondurma Fransaya ayaq açır və kübar adamların yemək rasionunda özünə yer tutur. Onlar dondurmanın reseptini sadə camaatdan gizləyir, geniş yayılmasını istəmirdilər. Amma bir müddətdən sonra sirlər açılır. Dondurmanın resepti Amerikaya gedib çıxır.
İlk dondurma zavodu 1851-ci ildə ABŞ-nın Baltimor şəhərində fəaliyyətə başlayıb. Dondurma qaymaq, süd, süd məmulatları qarışığından düzəldilir. Ona hərdən yumurta da qatılır. Dadlı olması üçün vanil, şokolad, fındıq və başqa dadlı meyvələr əlavə edirlər. Uşaqların da, böyüklərin də çox xoşladığı dondurma belə yaranıb.
10.06.2020