Dəməşq keçisi Şami
Şami keçisi, Dəməşq keçisi Şami, Kipr keçisi Şami, Hələb və Baladi kimi tanınan bu cins ilk dəfə tarixdə Orta Şərqdə rast gəlinib (ümumiyyətlə, zooloqların fikrincə, bütün keçilərin vətəni - Yaxın Şərq sayılır).
Şami keçisi çox qeyri-adi bir görünüşə və yüksək südvermə xüsusiyyətinə malikdir. Onlara "ən bahalı və ən gözəl keçi" adı verilib. Orta Şərqdə bu keçi Gözəllik Simvolu sayılır.
Bu keçi növü qədim sayılır və yerli folklorda tez-tez xatırlanır. 2008-ci ildə Səudiyyə Ərəbistanda, Riyadda təşkil olunan "Ən Gözəl Dəməşq Keçisi" gözəllik yarışmasından sonra, bu cins Avropaya da məlum oldu.
Bu cinsin yetkin fərdləri daha qeyri-adi görünür, onların donqar burunu və uzun qulaqları var. Gözləri ifadəli, buynuzları isə kiçikdir. Digər keçilərdən fərqli olaraq daha iri olurlar.
Qorxulu görünüşünə baxmayaraq, Şamilər çox dinc və mehriban keçilərdir. Adətən həm sahibi, həm də ailənin bütün üzvləri ilə dost olurlar.
Şami keçilərinin bədəni qalın örtüklə örtülüdür, bu onları soyuqdan və küləkdən qoruyur. Dəməşq keçilərinin qulaqlarının uzunluğu 30 sm qədər ola bilər və başının forması ilə birlikdə görünüşü daha da ekzotik olur. Erkək şaminin uzunluğu - 103 sm, dişilərin isə 84 sm-ə çatır. Çəkisi 70-130 kq arasında dəyişir.
Şami keçisi 240-305 günlük laktasiya dövründə 1100 litrə qədər süd istehsal edir. Gün ərzində bir keçi 3,5 - 5 litrə qədər süd verir. Bu keçilərin südü protein və yağla zəngindir. Şami keçisinin südündən hazırlanan pendirlər İsraildə çox populyardır. Bundan əlavə, Şami keçilərinin çox dadlı və yumşaq əti olur.
Orta Şərqdə onların yetişdirilməsi çox populyardır, əsasən cins Kipr, Livan və Suriyada geniş yayılıb.
Keçilər Yaxın Şərqin bütün iqlim şəraitinə - sahil, qayalı səhra, yarımsəhra və yerli kənd təsərrüfatı sahələrinə mükəmməl uyğunlaşıb.
22.04.2020