Xəbərlər

Paytaxt məktəblilərinin uğurları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlər 2019-cu ildə  ciddi nailiyyətlərə imza atıblar.  


BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxt məktəblərini ümumi orta təhsil səviyyəsi və tam orta təhsil səviyyəsi üzrə bitirən məzunların 1433 nəfəri fərqlənmə attestatı alıb.


Ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb. Beynəlxalq olimpiada və bilik yarışlarında uğurla iştirak etmiş 9 şagird gümüş və bürünc medallara layiq görülüb. Respublika fənn olimpiadalarında 47 şagird uğur qazanıb.


V respublika fənn müsabiqələrində 71 paytaxt məktəblisi fərqlənib. “Sabahın alimləri” VIII respublika müsabiqəsində 17 şagird, “Ədəbiyyat biliciləri” müsabiqəsində isə 5 şagird qalib olub. Lütfi Zadə adına məktəblilərarası IV məntiq olimpiadasında 44 şagird I, II və III yerlərə layiq görülüb. Gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələrində 14 məktəbin komandası fərqlənib.