
Görün indi bizim əlimizdə nə qədər müxtəlif əşya var. Amma bir vaxtlar, qədim dövrdə nə qəhvədan, nə karandaş, nə velosiped, nə televizor var idi. Hazırda biz onlarsız həyatımızı təsəvvür edə bilmirik.
Belə lazımlı əşyalar olmadığı üçün insanlar onları yerin altından qazıb çıxarmağa məcbur oldular. İlk əvvəl əcdadlarımız qəhvədanlar, qazanlar, açarlar, daha sonra paravozlar və paraxodlar çıxarmağı öyrəndilər.
İllər ötdü insanlar müxtəlif elmlərə yiyələndikcə yerin altından təyyarələr və kosmosa uça bilən kosmik gəmilər də tapmağa başladılar. Düzdü, bunların heç biri yerin altından hazır çıxmırdı. Axı hazır halda yerdən heç mismar da tapmaq olmaz, əgər onu kimsə itirməyibsə. Bunların hamısı orda xammal halında, yəni faydalı qazıntı şəkilindədir. Bəs niyə görə faydalı? Niyə görə qazıntı?
Ona görə ki, bizə faydalı olan şeyləri tapmaq üçün çoxlu torpaq qazıb çıxarmaq lazım gəlir.
3-cü nağıl. Alüminiumun nağılı.
Keçmişdə metallar uçmağı bacarmırdılar. Axı onlar çox ağır idilər, yerdən aralanıb havaya qalxmaq elə də asan deyil. Həmin vaxtlar insanlar alüminiumun nə olduğunu hələ bilməsələr də onun lap yaxınlığında gəzirdilər. Bəli, elə qəhrəmanlar var ki, diqqətlə baxmasan heç kimin gözünə dəymir. Amma görüb tanıyan kimi aləmə car çəkirsən.
Alüminium metalı haqqında da keçən əsirdə insanlar dünyaya beləcə car çəkmişdilər.
Düzdü car çəkmək uçmaqdan qat-qat asandır. Uçmaq üçün isə yüngül olmaqla bərabər sərt də olmaq lazımdır. Alüminiumda isə sərtlik yox idi.
- Məni ona qatın, - deyə Mis səslənir. – Mənim sayəmdə o asanlıqla sərtləşə bilər.
- Səninlə? Axı sən özün də yumşaqsan!
- Mən tək olanda belə yumşağam. Qaynayıb qarışanda isə elə olmuram. Bürünc, Latun yadınızdan çıxıb?
- Elə də edirlər. Mislə Alüminiumu biri-birinə qatırlar və nəticədə Düral adlanan bərk ərinti əmələ gəlir. O bərk olmaqla yanaşı, həm də yüngül olur.
Bu metaldan təyyarə düzəldilir. Təyyarələrdə alüminiuma qədər uçmağı bacarmayan başqa metallara da iş tapılır. Amma əsas odur ki, kimsə birinci uçsun. Onun ardınca mütləq digərləri də gələcək.
06.05.2014