
Görün indi bizim əlimizdə nə qədər müxtəlif əşya var. Amma bir vaxtlar, qədim dövrdə nə qəhvədan, nə karandaş, nə velosiped, nə televizor var idi. Hazırda biz onlarsız həyatımızı təsəvvür edə bilmirik.
Belə lazımlı əşyalar olmadığı üçün insanlar onları yerin altından qazıb çıxarmağa məcbur oldular. İlk əvvəl əcdadlarımız qəhvədanlar, qazanlar, açarlar, daha sonra paravozlar və paraxodlar çıxarmağı öyrəndilər.
İllər ötdü insanlar müxtəlif elmlərə yiyələndikcə yerin altından təyyarələr və kosmosa uça bilən kosmik gəmilər də tapmağa başladılar. Düzdü, bunların heç biri yerin altından hazır çıxmırdı. Axı hazır halda yerdən heç mismar da tapmaq olmaz, əgər onu kimsə itirməyibsə. Bunların hamısı orda xammal halında, yəni faydalı qazıntı şəkilindədir. Bəs niyə görə faydalı? Niyə görə qazıntı?
Ona görə ki, bizə faydalı olan şeyləri tapmaq üçün çoxlu torpaq qazıb çıxarmaq lazım gəlir.
2-ci nağıl. Misin nağılı

Görünüşünə baxsan heç deməzsən ki, mis belə qocadır. Axı onu hələ Daş dövründə tanıyırdılar. Onda da indiki kimi belə qırmızı və gözəl görünürdü. Misi tanıyırdılar, amma başqa heç bir metalı tanımırdılar. Məişətdə də misdən istifadə edirdilər. Ondan səhənglər, müxtəlif qablar, bıçaqlar düzəldirdilər. Bu hələ Daş dövründə idi!
Çox istifadə etdilər, ona görə də o qurtardı. Daş dövrünü deyirəm. Sona yetdi, çünki, artıq mis məişətə daxil olmuşdu.
O zaman ki Mis dövründə məişətə tunc daxil oldu Tunc dövrü başladı. Halbuki, tuncun özü elə mis idi, sadəcə qalayla qarışdırılmışdı. Daha sonra məişətə daxil olan dəmir tuncu sıxışdırdı, o zaman Dəmir dövrünə keçdik.
Bax hər şey məhz bu cür baş verib.
Adamın inanmağı gəlmir ki, Mis dövrü çoxdan qurtarıb... Belə ki, mis o dövrlərdə mövcud olmayan maşınqayırma sənayesində, elektronikada, başqa müasir sənaye sahələrində, demək olar ki, hər yerdə geniş istifadə olunur.
Bu qədər qocadır, amma hər yerə yetişir.
30.04.2014