Təbiət

Yupiter

Yupiter Günəş sisteminin beşinci və ən böyük planetidir. Saturn, Uran və Neptunla birgə nəhənglər sinfinə aid edilir. İnsanlara hələ qədim zamanlarda məlum olan bu planet Mesopatamiya, Babilistan, Yunanıstan və bu kimi digər mədəniyyətlərdə mifoloji və dini inanc mənbələrindən biri kimi qəbul olunurdu. 
 
Yupiterin 67 peyki məlumdur. Onlardan ən iriləri Qalileo Qalileyin 1610-cu ildə kəşf etdiyi İo, Avropa, Qanimed və Kallisto peykləridir.
 
Planetin tədqiqi yerüstü və orbital teleskoplar vasitəsi ilə aparılır. NASA 1970-ci illərdə Yupiterə “Pionerlər, “Qalileo”, “Yolçular” və bu kimi daha 8 planetlərarası aparat göndərib.
 
Yupiterin ekvatorial radiusu Yerin radiusundan 11,2 dəfə böyük olub, 71,4 min kilometrə bərabərdir. Çəkisi isə Günəşdən 1000 dəfə kiçik olsa da, qalan bütün planetlərin ümumi çəkisindən 2 dəfə çoxdur.
 
Yupiterin atmosferi planetin əsasını təşkil edir. Belə ki. O, bərk səthə malik deyil. Bu planet 90 faiz hidrogen və 10 faiz helium qazlarından ibarətdir.