Xəbərlər

ADA Universitetində “Uşaqlar və informasiya məkanı” adlı konfrans keçirilib

İyunun 1-də Bakı Avropa Liseyinin təşəbbüsü və ADA Universitetinin təşkilatçılığı ilə Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində “Uşaqlar və informasiya məkanı” adlı konfrans keçirilib.

Konfrans 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.


ADA Universitetinin konfrans zalında keçirilən tədbirdə prorektor Fariz İsmayılzadə iştirakçıları və qonaqları salamlayıb. 


Daha sonra Bakı Avropa Liseyinin 3-cü sinif şagirdləri Maqsud Mirsalayev, Nəsrin İsayeva, Zəhra Səfərli, Duyğu Əliyeva, Əli Axundov, Alpər Rzazadə, Hüseyn Kərimli və Şəms Musayeva konfransda Azərbaycan, rus və ingilis dillərində informasiya texnologiyalarına aid müxtəlif mövzularda çıxış ediblər.   


Çıxışlardan sonra uşaqlar bir-birinə suallar veriblər. 


Konfransın sonunda iştirakçılara prorektor Fariz İsmayılzadə və Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova tərəfindən diplomlar təqdim olunub.

 

Qeyd edək ki, “ADA” Universitetinin tərəfdaşlığı ilə Bakı Avropa Liseyində həyata keçirilən beynəlxalq layihənin əsas məqsədi gənc nəslin dünyada gedən qlobal proseslərə münasibət bildirməsini, beynəlxalq ictimaiyyəti maarifləndirməsini təmin etmək, yeniyetmələrin virtual kommunikasiya bacarıqlarını artırmaqdır.