
Günəş sisteminə səyahət zamanı biz sistemdə 7-ci planet olan Uran və onun peykləri ilə qarşılaşırıq. Bu, mavi-yaşımtıl rəngə boyanmış səthə malik, çox gözəl planetdir. Onun orbitində müxtəlif forma və ölçülərə malik 27 peyk dövr edir. Onlardan 5-i kifayət qədər iridir.
Bu yeganə planetdir ki, adını Roma mifologiyasından deyil Yunan mifologiyasından götürüb. Uran teleskopların köməyi ilə tapılmış ilk planetdir. O, 1781-ci ildə ingilis astronomu Uilyam Qerşel tərəfindən kəşf edilib.
Hidrogen və helium qazlarından ibarət olan “qaz nəhəngləri” Saturn və Yupiterdən fərqlənir. Uranın və ona bənzəyən Neptunun dərinliklərində metal hidrogeni olmasa da, çoxlu buz kütlələri var. Bu səbəbdən mütəxəssislər bu iki planeti “buz nəhəngləri” kateqoriyasına aid edirlər. Lakin Saturn və Yupiter kimi, Uranın da atmosferinin əsasını hidrogen və helium qazları təşkil edir.
Urandan Günəşə qədər olan orta məsafə 19,8 astronomik vahidə bərabərdir. Bu planet halqa sisteminə malikdir və hazırda planetdə 13 halqa məlumdur. Bu halqalar çox tünddür və Saturndakı kimi gözəl görünmür.
14.03.2014