Bu maraqlıdır!

Şirin və ziyanlı şəkər

Həyatımıza heç nə şəkər qədər şirinlik qatmır. Lakin onun tarixinin acı səhifələri də var. 1747-ci ildə Andreas Siqizmund Marqqraf adlı bir nəfər adi çuğundurun tərkibində  çoxlu miqdarda şəkərin olduğunu kəşf edir. 52 il sonra Frans Karl Ahard çuğundurdan şəkər əldə etməyin yolunu öyrənir. 
 
1799-cu ilin bir payız günü Berlin küçələrinin birindən qəribə qoxu gəlirdi.  Bu qoxu  çuğundur ilə eksperiment aparan kimyaçı Frans Karl Ahardın laboratoriyasından yayılırdı. Alim çətin  bir məsələni həll etməli  - toplanmış çuğundur kökündən  çoxlu miqdarda şəkər almalı idi və Ahard buna nail olur.
 
Hazırda yediyimiz bütün şəkər praktiki olaraq şəkər çuğundurundan alınır. Konfet, tort, şokolad və digər qənnadı məhsulların  hazırlanmasında ondan  istifadə olunur. 
 
Şəkər hətta ağla gəlməyən məhsulların, məsələn, ketçupun və xardalın tərkibində də var. İnsan ildə, orta hesabla,  20-30 kiloqram şəkər yeyir. 
 
F.K. Ahardın dövründə isə vəziyyət başqa cür idi. Onda şəkər yalnız varlı insanların süfrənizi bəzəyən qiymətli təam idi.  Şəkər qamışından əldə olunan şəkəri “şirin duz” adlandırırdılar.  Şəkər qamışı əsasən tropik ölkələrdə yayılmışdır. Şəkərə görə minlərlə insan min bir əziyyətə, məhrumiyyətə qatlaşır və məhv olurdu.
 
Afrikadan tutulub gətirilən qullar taqətdən düşüncəyə qədər şəkər qamışı plantasiyalarında çalışırdılar. Belə vəziyyət təxminən  300 il  - XIX əsrdə  qul ticarəti ləğv olunanadək davam etdi. Sonra  Avropa  F.K.Ahardın çuğundurdan əldə etdiyi daha ucuz şəkərdən istifadə etməyə başladı. 
 
Şəkər orqanizmimizə güclü enerji verir. Onun parçalanmasından  beyni və əzələləri qidalandıran qlükoza və fruktoza əmələ gəlir. Təəssüf ki, güclü enerjinin ömrü qısa olur. Bəlkə də şəkərin tərkibində heç bir  vitamin və mineral olmadığı üçün enerji tükənir.  Kaliori isə əksinə boldur.  Təəccüblü deyildir ki, şirni sevənlər sürətlə kökəlməyə başlayırlar.
 
Üstəlik, şəkərin heç də hamısı orqanizmin ehtiyacı üçün bağırsaqlara daxil olmur. Az bir qismi ağız boşluğundakı bakteriyalara çatır. Onlar isə şəkəri diş emalını dağıdan turşulara çevirir.