Bu gün İstanbulda “Lalə festivalı” başlayır
Lalə, İstanbulun simvolu olaraq qəbul edilir. İstanbul Laləsi xüsusilə XVI əsrin ikinci yarısı ilə XVIII əsr arası ən parlaq dövrünü yaşamışdı. İstanbul Laləsi, Avropa lalələrindən çox fərqli idi. Ancaq çox təəssüf ki bu lalə növü XIX əsrdə yox olmuşdu. İstanbul Laləsi badam şəkli çiçəkli, xəncəri yarpaqlı və itidir.
Lalənin bir çox növünə rast gəlinir. Bunlar arasında ən diqqət çəkənlərdən biri də İstanbul Laləsidir. İstanbul Laləsi, forma etibarıyla alışılmış lalələrdən olduqca fərqlidir. Xəncəri iti yarpaqlı, badam şəklində çiçəkləri olan İstanbul Laləsinin bir zamanlar 1588 növü olduğu deyilərdi. İstanbul Laləsini tanımadan əvvəl lalənin Anadoludakı səfərinə qısaca nəzər salaq:
Səlcuqlular, Anadoluya lalələrlə birlikdə yerləşdilər. Bu torpaqlara lalə soğanları əkməklə qalmayıb; məscidləri, məzar daşlarını, sənət əsərlərini, sarayları lalə motivləriylə bəzəməyə başladılar. XI əsrdə Anadoluya girən laləyə XIII əsrdə Mövlananın sətirlərində də rast gələrik. Osmanlılar da laləni çox sevdilər və fəth etdikləri torpaqları lalələrlə bəzədilər .İstanbulun fəthinin ardından lalə Avropa torpaqlarına ayaq basdı. Padşah xalatları, saray əşyaları da lalə motivləriylə bəzəndi. Fateh Sultan Məmməd, Qanuni Sultan Süleyman və III. Əhməd "Lalə" yə ən düşkün padşahlar idi.
İstanbul Laləsi adı verilən, iynə uclu ləçəkli çiçək XVI əsrdən etibarən özünü göstərdi. XVIII əsrin başında Osmanlı Tarixində adını bir dövrə verən lalə, artıq hər il təşkil edilən xüsusi festivallara mövzu olur, bütün İstanbul rəngarəng lalə bağçaları içində əylənirdi. III Əhməd dövrünün bu əyləncələri Levninin təsvir etdiyi bir-birindən gözəl əsərlərdə görülər. Lalə Dövründə Osmanlı paytaxtı İstanbul yalnız lalələrlə bəzənməklə qalmaz; ölkəyə yeniliklər dalbadal gələrdi. İlk mətbəə, parça, kağız fabrikləri, Avropa arxitektura tərzi, Haliçin islahı bu dövrə rast gələr.
Bu dövrdə lalələr rəng və şəkillərinə görə fərqli adlar alardı ; fevvare-i nur (nur fəvvarəsi), necmi çemen (çəmən ulduzu) , lali muzab (ərimiş yaqut;) , damanıdır (inci ətəyi) . İstanbulun Lalələriylə əlaqədar kitablar qələmə alınırdı.
İllərcə İstanbulu bəzəyən bu xüsusi lalə XIX əsr ilə birlikdə itdi. İncə yarpaqlı narın lalələr görülməz oldu. Başladılan genetik işlərin ardından, İstanbul Böyükşəhər Bələdiyyəsinin səyləriylə İstanbul Laləsi yenidən həyata qaytarıldı. Beləliklə, İstanbulda 2005-ci ildən başlayaraq hər il aprel ayından may ayınadək “Ən gözəl lalələr İstanbulda bitir” adlı festivalı keçirilməyə başlanıldı.
01.04.2019