Xəbərlər

Sumqayıt şəhər yığması respublika birinciliyinin qalibi olub

2008-2009-cu il təvəllüdlü oğlanlar arasında keçirilən futbol üzrə respublika birinciliyinə yekun vurulub. “Sumqayıt” futbol klubunun U-11 komandasının üzvlərinin də yer aldığı şəhər yığması adıçəkilən turnirin qalibi olub.

 

AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Kapital Bank Arena”nın mətbuat konfransı zalında qaliblərlə görüş keçirilib.

 

Görüşdə “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev, vitse-prezident Vaqif Ömərov, Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və şəhər idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Riad Rəfiyev və Elgün Hümbətov qalibləri təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.

 

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu, medallar və kubok təqdim edilib.