Argentinada yeni növ dinozavr qalıqları tapılıb
Argentinada yeni növ dinozavr qalıqları tapılıb. 140 milyon il öncə yaşayan dinozavra " Bajadasaurus pronuspinax" adı verilib. Bu dinozavr zauropodlar qrupuna aiddir. Bu qrupa aid dinozavrlar otyeyən, uzun boyunlu və quyruqlu olur. Dörd ayaqları üzərində gəzirlər. Qalıqlar iri dinozavra məxsusdur. Onun belində və boynunda böyük əyri tikanlar olub. Bu tikanlar yırtıcılardan qorunmaq funksiyasını yerinə yetirib.
07.02.2019