Xəbərlər

Mərhum şair Teymur Elçinin uşaqlar üçün yazdığı şeirlərdən ibarət “Könlüm Qarabağdadır” kitabı çap olunub

Tanınmış uşaq yazıçısı Teymur Elçinin “Könlüm Qarabağdadır” kitabı çapdan çıxıb. 


AZƏRTAC xəbər verir ki, kitaba Azərbaycan uşaq ədəbiyyatının klassiklərindən olan mərhum  şairin uşaqların müxtəlif yaş dövrləri üçün nəzərdə tutulmuş əsərləri toplanıb. Uşaq şeirləri, cizgi filmləri üçün yazılmış ssenari, poema, nəğmə, tapmaca, yanıltmac və digər nümunələr balaca oxucuların zövqünü oxşayacaqdır. 


Kitabda təqdim olunan Teymur Elçinin balaca oxucular üçün yazdığı şeirlərin dili sadə və aydındıır, uşaqların yaş xüsusiyyətləri, psixologiyası, maraq dairəsi nəzərə alınıb. 


Folklor nümunələrindən bəhrələnmə yolu ilə yazılan şeirlər xüsulə maraq doğurur.