Xəbərlər

Sumqayıtlı balacalar “Dovşanın evi” tamaşasına baxıblar

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində “Narbala” kukla teatrı Mətanət Əmrullayevanın bədii rəhbərliyi ilə “Dovşanın evi” tamaşasını təqdim edib.

 

İdarədən AZƏRTAC-a bildiriblər ki, tamaşa uşaqların asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün formalaşması məqsədilə nümayiş olunub.

 

Tamaşada uşaqlar nağıl qəhrəmanı olan dovşanın başına gələn macəranın şahidi olublar. Uşaqlar nağıl qəhrəmanları ilə dialoq qurub, dovşana tülkünün hiyləgər planını üzə çıxarmaqda kömək ediblər.