Şagirdlərin Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialının əməkdaşları məktəblilərin qış tətili günlərində 246 nömrəli məktəbin şagirdləri, müəllim və valideynlər ilə birgə Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, məktəblilər eramızdan əvvəl lll-ll minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən keramika, məişət və bəzək əşyaları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzini əks etdirən eksponatlarla tanış olublar.
Ekskursiya zamanı şagirdlər muzeyin akt zalında “Tıq-Tıq xanım” nağılının tamaşasına baxıblar.
Kitabxana filialının müdiri Arzu Xudayarova bu məkanda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolardan ibarət arxivin, eksponatların nümayiş olunduğunu bildirib.
Sonra şagirdlərə boya ilə rəsm çəkmək öyrədilib.
Tədbirin keçirilməsində məqsədi tətil günlərində məktəblilərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, onların dünyagörüşünü genişləndirmək, oxuculara tarixi abidələrimiz haqqında məlumat verməkdən ibarətdir.
31.01.2019