Təbiət

Tamarillo meyvəsi

Tamarillo bitkisi badımcankimilər fəsiləsinin örtülütoxumlular dəstəsinə aid bir ağac və ya koldur. Pomidor ağacı, andino serrano, de yuca, sachatomate, berenjena, tamamoro pomidoru, həmçinin Cənubi Amerikada tomate de árbol adları ilə tanınır. Yumurta şəkilində yeməli meyvəsi olan bu ağac Yeni Zelandiya, Avstraliya və Amerikada məşhurdur.


Tamarillonun vətəni Ekvadorun And dağları, Kolumbiya, Peru, Çili və Boliviya hesab edilir. Bugün hələ də  adı çəkilən ərazilərdə bu meyvə yerli isthesal üçün becərilir və öz məşhurluğunu saxlayır. Tamarillo məhsulu Avstraliyada beynəlxalq bazara ilk dəfə 1996-cı ildə çıxarılıb.


1967-ci ilin əvvəllərində bu meyvə “pomidor ağacı” olaraq adlanırdı. Lakin sonradan Yeni Zelandiyada onu adi pomidorla səhv salmamaq üçün tamarillo adlandırdılar.
Hündürlüyü 5 m olan ağac sürətlə böyüyür, ömrü isə 12 ildir. 4 il sonra məhsul istehsalının pik mərhələsinə çatır. Çiçəklər çəhrayı-ağ rəngdə olub, salxım yaradır. Hər salxımda 10-50 çiçək olur.


Meyvələr yumurta formalıdır. Vitaminlərlə zəngin 4-10 sm-lik meyvələr sarı, narıncı qırmızı və demək olarki bəzən bənövşəyi rənglərdə olur. Qırmızı meyvə turş, narıncı qırmızı olan isə daha şirindir. Bəzən isə meyvənin üzərində uzununa doğru yaşıl zolaqlar olur.