İlan Meyvəsi: Salak
Cənub-Şərqi Asiyada bitən “İlan meyvəsi” və ya “Salak” kimi tanınan bu meyvənin qabığı ilanı xatırladır. Meyvənin qabığı ilan dərisinə bənzər tikanlı plitələrdən ibarətdir. Meyvənin ləti açıq sarı rəngdə olur, dadı kəmşirin və ətirlidir. Bu meyvə 2 metr hündürlüyü olan palma ağacında yetişir.
Meyvənin qabığı rahat soyulur, lakin qabığı tikanlı olduğundan təmizləyərkən diqqətli olmaq lazımdır.
Salakın vətəni Cənub-Şərqi Asiya ölkələri Tailand, Malayziya, İndoneziyadır.
Salak meyvəsi insan orqanizmi üçün faydalıdır. Meyvənin tərkibində, insan orqanizmindən zəhərli maddələri təmizləyən, qandayandırıcı və ishal əleyhinə xüsusiyyətlərə malik olan “tanin” var. Meyvənin lətində həmçinin antioksidant xüsusiyyətə sahib, kalsium, dəmir və fosforla zəngin beta-karotin var.
Tay təbabətində ilan meyvəsinin yarpaqlarının ekstraktı görməni yaxşılaşdırmaq və ya bərpa etmək üçün istifadə olunur.
Bir qayda olaraq, meyvə çiy halda yeyilir, amma qaynadılmış və şəkərli də istifadə edilə bilər.
20.12.2018