Təbiət

Ləkəli göl “Osuyus”

“Ləkəli Göl” kimi tanınan “Osuyus” gölü Kanadanın kiçik şəhəri Osuyusun (Osoyoos) şimal-qərbində yerləşir. Müxtəlif ölçülü və müxtəlif dərinlikdə dairələrdən ibarət olan Osuyus gölü dünyanın ən çox mineral ilə zəngin gölü sayılır. Bu gölün ərazisində 365 "dairə" var. Bu qeyri-adi bir təbii fenomendir.


Göl, adını "Birinci İnsanlar" adlandırılan Kanadanın yerli sakinlərindən olan Okanaqan vadisində (Okanagan) yaşayan Ki lil xw (Kliluk oxunur) xalqından alıb. Bu insanlar üçün göl “müqəddəs və şəfalı” idi və əsrlər boyu bu xalqın nümayəndələri müxtəlif xəstəlikdən azad olmaq məqsədilə göldən istifadə edirdilər. Hətta hazırda göl ətrafında Okanaqan xalqına aid yüzlərlə mərasim baş daşları görmək olur. 


Okanaqan vadisində yaşayan insanlar göldən duş vannası (fizioterapiya) kimi istifadə edirdilər, ağrılarını gölün şəfalı sularında effektiv şəkildə azaldırdılar. 


Göl suyunun tərkibində yüksək miqdarda kalsium sulfat və sodyum konsentrasiyası və 8 digər mineralın yüksək konsentrasiyası vardır. Üstəlik, gümüş və titan ilə də zəngindir.