Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi məktəblilərlə görüşəcək
“Məktəbdə...” layihəsinin növbəti görüşü fevralın 11-də paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseydə keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı görkəmli pedaqoq, uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair Zahid Xəlil olacaq.