Son əlavə olunanlar

Xəbərlər

Bu gün Füzuli Şəhəri Günüdür

Beş il əvvəl - 2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.  

Oktyabrın 16-da Ümumdünya Qida Günü və FAO-nun 80 illiyi qeyd olunur

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 80 illiyini qeyd etdiyi bir gündə dünya ictimaiyyəti Ümumdünya Qida Günü ilə bağlı tədbirlərdə dünyada ən aktual mövzu olan qida təhlükəsizliyi və ərzaq çatışmazlığı məsələlərə ətrafında müzakirələr aparır.  

16 Oktyabr - Ümumdünya Çörək Günüdür

Milliyyətindən və dini mənsubiyyətindən asılı  olmayaraq, bütün insanlar üçün Çörək müqəddəs və ən vacib qida məhsulu sayılır. Buna görə də hər il 16 oktyabrda Ümumdünya Çörək Gününün qeyd olunması təəccüblü deyil.  

16 oktyabr-Ümumdünya Anesteziologiya Günüdür

İnsanların böyük əksəriyyəti ağrıya qarşı həssasdır. Lakin təcili tibbi yardıma, xüsusilə operativ müdaxiləyə ehtiyac yarananda həssaslığın itirilməsi həlledici əhəmiyyət daşıyır və qaçılmaz olur. Yüzilliklər boyu cərrahi müdaxilə ağrısızlaşdırma tətbiq edilmədən aparılıb.  

“Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü olacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü oktyabrın 16-da paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.  

15 oktyabr - Ümumdünya Əl Yuma Günüdür

BMT-nin Uşaq Fondu (YUNİSEF) 15 oktyabr tarixini rəsmən Ümumdünya Əl Yuma Günü elan edib. Bu təşəbbüs ilk dəfə BMT Baş Məclisi tərəfindən Sanitariya İli elan olunmuş 2008-ci ildə keçirilən tədbirlər çərçivəsində rellaşdırılıb. Həmin gün BMT-nin dəstəyi ilə bütün dünyada təşkil edilən genişmiqyaslı aksiyaların əsas məqsədi - xüsusən Asiya, Afrika və Cənubi Amerika ölkələrində bir sıra xəstəliklərin profilaktikasına əsas yanaşma kimi bu sadə, lakin çox əhəmiyyətli gigiyenik prosedura əməl olunmasının zəruriliyinə ictimaiyyətin diqqətini cəlb etməkdir.