“Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalına start verilib
Yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə “Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalına start verilib. Festival çərçivəsində müsabiqə elan olunub.