"Balacaların şeir çələngi" adlı kitab nəşr olunub
Gənc şair Əyyub Türkayın uşaqlar üçün qələmə aldığı "Balacaların şeir çələngi" adlı kitabı işıq üzü görüb. Kitabda məktəbəhazırlıq qruplarında, bağçada, ibtidai sinifdə təhsil alan uşaqlar üçün müxtəlif mövzulu uşaq şeirləri, təmsillər və tapmacalar yer alıb.