Son əlavə olunanlar

Xəbərlər

31 Mart- Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.  

“Bizimkilər” animasiya toplusu kinoteatrlarda

“Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” animasiya toplusu “Park Cinema” və Nizami Kino Mərkəzində nümayişə çıxarılır.  

Paytaxt məktəblərində bayram şənlikləri keçirilib

Ümumi təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.  

Bu Gün Ümumdünya Yuxu Günüdür

Ümumdünya Yuxu Günü ilk dəfə 2008-ci ilin martında qeyd edilib. Həmin vaxtdan Dünya Səhiyyə Təşkilatının qərarı ilə sağlamlıq və yuxu problemləri çərçivəsində hər il martın üçüncü cümə günü  Ümumdünya Yuxu Günü kimi qeyd edilir.  

Yaz aylarında yayılan infeksion xəstəliklər

Yazın gəlişi ilə xəstəliklərin sayı da artır. Həmin xəstəliklər sırasına daha çox qızılca və suçiçəyini aid etmək olar. Onların bu mövsümdə yayılmasının səbəbi isə yoluxucu olmasıdır. Əsasən 5-14 yaşlı uşaqlar arasında yayılan, yazın əvvəllərində daha çox müşahidə olunan suçiçəyi infeksion xəstəlikdir. Mövsümü olmasının səbəbi isə virusun Günəşin ultrabənövşəyi şüalarına davamsızlığıdır.  

Bu gün İlaxır çərşənbədir

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir.