Son əlavə olunanlar

Xəbərlər

12 may Beynəlxalq Tibb Bacısı Günüdür

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Başqa sözlə desək, bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərinə təşəkkür etməyə dəyər.

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

8 May – Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

Bu gün 1828-ci il may ayının 8-də anadan olmuş İsveçrə vətəndaşı, humanist ictimai xadim, “Nobel” sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilmişdir və 1953-cü ildən qeyd olunur.

5 may – “Xalçaçı Günü”dür

Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq beş ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i “Xalçaçı günü” kimi qeyd olunur.  

Mayın 2-i Ümumdünya Astma ilə Mübarizə Günüdür

Ümumdünya Astma ilə Mübarizə Günü Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı keçirilir.  

Məktəblərdə ibtidai siniflər üçün əlavə yaz tətili başlayıb

Ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayıb.