Son əlavə olunanlar

Xəbərlər

30 aprel - Beynəlxalq Caz Günüdür

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. 

29 aprel- Beynəlxalq Rəqs Günüdür

Aprelin 29-u peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır.

26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günüdür

2001-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə Aprelin 26-sı dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd edilir. Bu günü elan etməklə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının milli hökumətləri bütün dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və yenilikçiliyin həvəsləndirilməsinə, əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirməyə çağırır.  

25 Aprel - Ümumdünya Pinqvinlər günüdür

Aprelin 25-i Ümumdünya Pinqvinlər günü kimi qeyd olunur. Belə ki məhz bu gün insanlardan planetimizin ümumi heyvan müxtəlifliyini və xüsusilə də xüsusi nümayəndələrin müxtəlifliyini qoruya bilməsi tələb olunur.   

25 aprel - Ümumdünya Malyariya ilə mübarizə günüdür

Hər il aprelin 25-də Ümumdünya Malyariya Günü qeyd olunur. Malyariya günü Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədi ilə 2007-ci ildə təsis edilib.   

24 Aprel – Gənclərin Beynəlxalq Həmrəylik Günüdür

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth Solidarity) qeyd olunur. Bu günün qeyd olunması dövlət orqanlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə yönəltməyə xidmət edir.