Son əlavə olunanlar

Xəbərlər

Respublika ərazisində təhlükəsizlik aylığı keçirilir

Yeni dərs ilinin başlanması təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.  

Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır

“Alimlərin araşdırmaları göstərir ki, ibtidai sinif şagirdlərinin içərisində dərs vəsaitləri olan bir məktəb çantasının çəkisi 5-6 kiloqrama çatır”.  

Şəhid jurnalist Məhərrəm İbrahimovun kiçik oğlu Toğrulun bu il qəbul olduğu Bakı Atatürk Liseyində ilk dərs günü

Şəhid jurnalist Məhərrəm İbrahimovun kiçik oğlu Toğrul bu il qəbul olduğu Bakı Atatürk Liseyində ilk dərsinə başlayıb.  

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.  

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür

Qoca Şərqin ən qədim musiqi janrlarından biri olan muğam əsrlərdən bəri tədqiqatçıların diqqətini cəlb etmiş, bu gün də dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm təhlil obyektidir. Azərbaycan xalqının qədim irsi olan bu incəsənət növü tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraq və inkişaf etdirərək nəsildən-nəslə ötürə bilib. Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.  

19 avqust Dünya Fotoqrafiya Günüdür

Fotoqrafiya-ünikal təzahürdür.Axı fotoşəkillərə biz maraqlı hadisələri ,qəşəng mənzərələri ,sevdiyimiz insanları təkrarlanmayacaq hadisələri həkk edirik. Bu da imkan verir ki , keçmişə qayıdıb həyatımızın unudulmaz anlarını göz önündən keçirək.Fotoqrafiya təkcə maraq deyil o həm şövq həm peşə və hətta incəsənətdir.