Qara düyü
“Qara düyü” bir vaxtlar təkcə Çin hökmdarlarının süfrəsini bəzəyən qida olub. Hətta o qədər əlçatmaz hesab edilib ki, onu "yasaq düyü" adlandırıblar.
Başlanğıcda qara rəngdə olur, bişirildikdə isə tünd bənövşəyi rəngə çevrilir. Qara düyünün qida dəyəri çox yüksəkdir. Alimlər bildirirlər ki, qara düyünün tərkibində bol miqdarda antioksidantlar var. Bu düyüyə qara rəng verən də məhz antioksidantdır.
Antioksidantlar zərərli molekulları udur, arteriyaları gücləndirir, DNT-in dağılmasının qarşısını alır və bununla da xərçəngə tutulma riskini azaldır.
Hələ Qədim Çində qara düyü mədə xəstəliklərində, görməni yaxşılaşdırmaq, potensiyanı artırmaq üçün istifadə olunurdu.
Qara düyü saçların tökülməsinin qarşısını alır, qan azlığının qarşısını alır.
Bu düyüdən tez-tez istifadə etmək allergiya, astma xəstəlikləri və onların simptomlarının qarşısını alır.
Qara düyünün kəpəyi orqanizmdə qistaminin (iltihab yaradıcı maddələr) yaranmasının qarşısını alır, bununla da orqanizmi daxili iltihabi xəstəliklərdən qoruyur.
Luiziana Universitetində aparılan tədqiqatlar göstərib ki, qara düyünün tərkibində ürək xəstəlikləri və onkoloji xəstəliklərin qarşısını alan maddələr var. Beləliklə, qara düyü “super ərzaqlar” siyahısına daxil olub.
28.11.2018