Bu maraqlıdır!

Tut ağacında yetişən albalı ağacı

Tut ağacında yetişən albalı ağacı (Bialbero di Casorzo)  İtaliyada, Qrana və Kasorzo  şəhərləri arasında Pyemont qəsəbəsində yerləşir. 

 

"İkiqat ağac" kimi də tanınan Bialbero di Casorzo ("Kasorzonun ikiqat ağacı") ölçüsünə görə digər ağaclardan fərqlənmir.

 

Tut ağacı üzərindəki albalı ağacı həyat üçün vacib olan bütün elementləri tut ağacından alır. 

 

Fərziyyələrə görə hər kəsin diqqətini özünə cəlb edən bu qeyri-adi ağac bir quşun albalı ağacının toxumunu tut ağacına atması nəticəsində yaranıb. 

 

Nadir rast gəlinsə də, Kasorzonun ikiqat ağacı bu formadakı üçüncü ağacdır. Ancaq Kasorzonun ikiqat ağacını digər iki ağacdan fərqləndirən əsas xüsusiyyət ölçüsünün böyüklüyüdür. 

 

Bu möhtəşəm mənzərəli ağacın budaqları 5 metr ətrafa yayılıb.