Bu maraqlıdır!

Əfsanəvi varlıq - Kentavr

Kentavr qədim yunan mifologiyasında yarı insan, yarı at şəklində təsvir olunan əfsanəvi varlıqdır. Tədqiqatçılar kentavrla bağlı bir çox araşdırmalar aparıblar. Belə qənaətə gəliblər ki, qədim yunanlar atlı skif döyüşçülərindən ilham alaraq kentavrın təsvirini yaradıblar.
 
Doğrudan da, atı ilk dəfə türk tayfaları əhliləşdirib və tarixdə ən yaxşı çaparlar da elə türklər olublar. Kentavrlar əfsanələrdə güclü döyüşçü və çapar kimi təsvir edilir.
 
İnsan təxəyyülünün məhsulu olan kentavrlar barədə bir çox əfsanələr yaranıb. Əfsanələrdən birində Pirifoy çarından danışılır. Çar Pirifoyun toyunda sərxoş kentavr Evrition gəlini qaçırmağa çalışır. Nəticədə çarın döyüşçüləri ilə kentavrlar arasında döyüş başlayır.
 
Döyüşdə kentavrlar məğlub olurlar. Qeyd edək ki, əksər yunan əfsanələrində kentavrlar şər qüvvə kimi təqdim edilir. 
 
Daha sonrakı abidə və rəsmlərdə kentavrlar şərab allahı Dionisin arabasına qoşulmuş şəkildə və ya belində eşq allahı Erosla təsvir olunur.