Dünyanın ən məşhur balaca uşaq modelləri
Kristina Pimenova 2005-ci il dekabrın 27-də dünyaya gəlib. Model olmağa dörd yaşında başlayıb və dünyanın ən gözəl qızı seçilib. Rusiyanın Moskva şəhərində yaşayan Kristinanın “İnstagram” sosial şəbəkəsində 400 min, “Facebook”da isə 2 milyon izləyicisi var. Kristina Pimenovanın atası futbolçu, anası isə model olub. Model qız Vogue, Roberto Cavalli ve Armani kimi markalarla işləyib.
Arda Canikoğlu Türkiyədə dünyaya gəlib. Onun 12 yaşı var. Boyu 1.50, kilosu 40-dır. Saçları qəhvəyi rəngdədir.
Rusiyada yaşayan Anastasia Knyazeva “İnstagram” sosial şəbəkəsində 500 mindən çox izləyici olan bir modeldir. Dünyanın ən nüfuzlu brend markaları olan şirkətlərlə işləyən Anastasia dörd yaşından bəri bu işlə məşğul olur. Sosial şəbəkələrini isə balaca qızın anası idarə edir.
Laerta üç yaşındadır. Bir-birindən maraqlı geyimlərlə “İnstagram” sosial şəbəkəsində izləyicilərin diqqətini cəlb edə bilib. Onun burada 40 mindən çox izləyici var.
Gavin Logan 11 yaşındadır və modellik edir. Eyni zamanda, rəqqasə və aktyorluq ilə də məşğul olur. Boş zamanlarında basketbol, futbol və qolf oynayır.
Hələ 3 yaşında olmasına baxmayaraq verdiyi pozalarla professional modellərdən geri qalmayan bu balacanın adı Genesisdir. “İnstagram”da 77 mindən çox izləyici olan qızın anası Jennifer Lopez heyranı olduqlarını deyir.