Ən ensiz qayıqlarda yarış: “Bamboo Drift Racing”
“Bamboo Drift Racing” - Bu qəribə yarış hər il Çində keçirilir. Bu yarışlarda idmançılar ensiz bambuk ağacı üzərində üzmə məharəti nümayiş etdirirlər. Onlar nəinki bambuk “at”larda suyun üzərində ən çox qalabilmə, hətta avarlarla onları müəyyən istiqamətə yönəltmə bacarığı ilə seçilirlər. Bu idman növü min il bundan əvvəl Çinin Qudçjou əyalətində meydana gəlib. Əhali uzunmüddətli yağışlar zamanı yaranmış seldən məhz bu üsulla xilas ola bilirdi. O zaman bu, sadəcə, çayda hərəkət növü idi. O zamandan üzü bəri bu yalnız idman növü olaraq xatırlanır.
Oyun getdikcə bir qədər rahat və təkmilləşmiş xarakter alır. Artıq taxta avarları şüşə liflərdən hazırlanmış avarlar əvəz edir. Bu idman növünü bəzən “duru alpinizm” adlandırırlar. İnsan dağa necə əziyyətlə dırmaşırsa, suda - bambuk qayıqda da eyni çətinliyi yaşayır. İdmançıdan tələb olunan əsas göstərici onun “incəbel” olmasıdır. Bu yarışlarda yalnız belə idmançılar uğurlu nəticə əldə edə bilirlər.
03.11.2018