Dünyanın ən böyük uşaq muzeyi: “Children's Museum of Indianapolis”
“Children's Museum of Indianapolis” — dünyanın ən böyük uşaq muzeyidir.
Bu muzey İndianopolisdə yerləşir. Təməli 1925-ci ildə qoyulan muzeyin yaradıcısı isə şüşə kampaniyasının sahibəsi Mariya Stüart Keridir. Onu bir dəfə seyrçisi olduğu Bruklin uşaq muzeyi o qədər heyran edir ki, öz şəhərində belə bir muzey yaratmaq qərarına gəlir. Yerli ictimai lider və təşkilatlara kömək üçün müraciət edir və arzuladığı dəstəyi alır. Mariya Stüart Keri cəmi bir ildə bu möhtəşəm muzeyi açır və onun ilk prezidenti olur. Muzey ağlasığmaz sürətlə böyüyür və məşhurlaşır. İllər ötür. Mariya Stüart Keri tərəfindən təməli qoyulmuş İndianaopolis muzeyi dünyanın ən böyük uşaq muzeyinə çevrilir. Nəhəng beşmərtəbəli binada yerləşən bu muzey 43 min 933 kvadratmetr sahədə 120 min eksponat nümayiş etdirir. Muzeyin kolleksiyası üç hissəyə bölünür: Amerika, Dünya mədəniyyəti və Təbiət elmləri.
01.11.2018