Yaşayan qaya ("Pyura chilensis")
Yaşayan qaya ("Pyura chilensis") 1782-ci illərdə Juan İgnacio Molina tərəfindən kəşf edilmişdir.
Adından məlum olduğu kimi qaya parçasına bənzəyir. Görünüşcə təbii daşa oxşayır. Əsasən, Çili və Peru sahillərində, dəniz sularının sahil qayalarına çırpıldığı daşların üzərində rast gəlinir. Canlının üst səthi tunikat adlanan lifə bənzər matrisdən ibarət olub, sərt bir şəkildə bir yerə yapışmasına kömək olur. Ona görə də digər adı "Tunikat"dır. Ömrünün sonuna qədər bir yerə yapışıq şəkildə yaşayır. İç hissəsi isə epidermis və əzələ qrupundan ibarətdir. Bu qrupların içində heyvanın gövdəsi yerləşir.
Pyura Chilensis dəniz suyunu içir, mikroorqanizmləri filtirdən keçirərək, qidalanır. Canlı bu funksiyanı iç vücudunu dəniz ilə əlaqaləndirən iki boru vasitəsilə həyata keçirir. Həmçinin, onların vasitəsilə nəfəs alır.
Bu yeməli dəniz heyvanı, onurğalıların uzaq bir qohumu olan ascidia (lat. ascidiacea) sinfinin bir növüdür. Onun qanı açıq rəngdədir və tərkibində on milyon dəfə yüksək vanadium adlanan elementdən ibarətdir. Bu elementin qaynağı və funksiyası bilinməsə də, ətrafdakı dəniz suyunda tapılır. Heyvanın əti, güclü yod və vanadium metalı dadını verir.
Balıqçılar və yerli sakinlər bu qayaları mişarla kəsib içindəki qaysı böyüklüyündəki parçaları çıxararaq restoranlara satırlar.
30.10.2018