Şeytan körpüsü- Rakotzbrük
Avropada mif və ya xalq nağıllarına əsaslanan eyni adlı onlarla Şeytan Körpüsü var. Bunların hamısı daş və daşdan yonulmuş tağlı divarları olan körpülərdir. Orta əsrlər olmağına baxmayaraq, Romada texnologiya və dizayn insan qabiliyyətinin çox daha üstündə idi. Buna görə də, hətta Roma yollarının şeytan işi olduğu düşünülürdü.
Bu keyfiyyətlərə görə eyni adı daşıyan körpülərdən biri də Rakotzbrük və ya xalq arasında Şeytan Körpüsüdür. Bu ad körpünün suda əks olunaraq yaranan, qüsursuz dairəvi görüntüsündən meydana gəlib.
Digər adları Rakotz və ya Kromlau körpüsüdür. Rakotzbrük Almaniyada, müstəqil respublika olan Saksoniyanın Kromlauer parkında yerləşir. Kromlauer parkı 1800-cü ildə salınıb. Parkın içində yerləşən Şeytan Körpüsü Kromlau cəngavəri Friderik Herrman Rotske tərəfindən tikdirilib və 1860-cı ildə tamamlanıb. 35 m hündürlüyündədir. Xalq arasında “Şeytan işi” olaraq adlandırılsa da, Rakotze gölü üzərində, yerli daşlarla, əl ilə tikilib. Gölün suyu təmiz və aydın olduqda, həmçinin düzgün işıq istiqamətindən baxdığınız zaman, tam dairə illüziyası yaranır. Bu dairəvi və möcüzəvi mənzərəyə tamaşa etmək üçün əsasən payız fəslini avqust, sentyabr aylarını seçmək daha yaxşıdır.
Körpü haqqında bir çox əfsanələr var. Əfsanəyə görə, körpünü tamamlamaq üçün memarın az bir zamanı qalır. O, körpünü tamamlamaq üçün Şeytanı köməyə çağırır. Şeytan bir şərtlə razılaşır: ilk körpünü keçən şəxsin ruhu şeytanın olacaq. Körpü tamamlanır ancaq memar onu aldadaraq körpünün üzərindən ilk olaraq, insan əvəzinə it keçirir. Şeytan aldandığını anlayaraq qəzəblənir və özünü suya atır.