Top şəklində daşlar "Moeraki qayaları"
2 ilə 3 metr diametrli top şəklində olan bu sirrli böyük daşlar Yeni Zelandiyanın şərq hissəsində, Sakit okean sahillərində, Moeraki adlı yerdə yerləşirlər.
Qeyri-adi daşların necə meydana gəlməsi haqqında dəqiq məlumatlar yoxdur. Lakin bir nece fərziyyələr var.
Yeni Zelandiyanın yerli əhalisi olan Maorilər, daşlarıın əfsanəvi bir qayıqdan yerə səpələnən kartof olduğunu söyləyirlər. Dinozavr yumurtası olduğunu belə söyləyənlər var. Bəzi turistlər daşları yad planetlilərin təyyarələrinin qalıqları olduğunu söyləyirlər.
Alimlər nəhəng qayaların əslində okeanın dibində 60 milyon il ərzində meydana gəldiyi versiyasının üstündə dayanırlar. Ancaq əsrlərdir davam edən eroziya və dənizin qabarıb-çəkilməsi nəticəsində 15 milyon il əvvəl sahilə yığılıblar.
Məhz bu daşlar kiçik kənd olan Maorini məşhurlaşdırıblar. İndi dünyanın hər yerindən turist və fotoqraflar bu daşlara toxunmağa, şəklini çəkməyə görə Maoriyə gəlirlər.