Səhranın Əli "La Mano del Desierta"
Çilinin şimalında, dünyanın ən quraq çölü olan Atakama səhrasında, paytaxt Santyaqodan 9 saat şimalda, Antofaqasta şəhərinin 75 km cənubunda dəniz səviyyəsindən 1100 m yüksəklikdə nəhəng bir əl heykəli yerləşir.
“Səhranın əli” ( La Mano del Desierta) adlanan heykəl, fəlsəfə təhsili alan Santyaqo heykəltaraşı Mario İrarrazabal tərəfindən tikilsə də, fikir Antofaqastanın yerlilərinə aiddir. Antofaqastalılar heykəltaraşdan, Atakama çölündə insan boşluğunu yox etmək üçün bir abidə istəmişlər. Bəzi turistlər abidə haqqında bilmədiklərindən, qumlar arasından çıxan əsərin sivilizasiyadan qalma olduğunu düşünüb ona yaxınlaşırlar. Amma əslində, "Səhranın əli" modern heykəltaraşlıq nümunəsidir.
Abidənin hündürlüyü 11 m-dir. "Corporacion Pro Antofagasta" adlı yerli dərnəyin maliyyə dəstəyi ilə inşa edilmişdir. Həmçinin, abidənin qorunma işlərinə də, bu təşkilat baxır. Heykəl 28 mart 1992-ci ildə tamamlanmışdır. Dəmir karkas və sementdən tikilən əsər, qumlar arasından səmaya doğru uzanır. Sanki, göydəki qüvvələrdən yardım istəyir. Çöllük ərazidə yerləşdiyinə görə tez-tez vandalların hücumuna məruz qalır. Onların heykəl üzərində çəkdikləri qrafit və yazılar ildə iki dəfə təşkilat tərəfindən təmizlənir. Həmçinin heykəlin bütövlüyünün qorunmasında yerli könüllülərin də köməyi var.
Bu abidə Çilidə hərbi rejim zamanı ədalətsizlik və işgəncə qurbanları şərəfinə ucaldılıb. Ucsuz-bucaqsız çöl olmasına baxmayaraq, turistlər buraya axın edirlər. Bundan başqa heykəlin bir sıra mənaları da var. "Səhranın əli" yalnızlıq, üzüntü, ədalət və işgəncə kimi mənaları ifadə edir. Dünyadakı ədalətsizlik və iztirablar qarşısında insan ruhunun müdafiəsiz və zəif halını əks etdirən əsər, insan bəşəriyyətinə hörmət ifadəsi olaraq nümayiş etdirilir.
26.10.2018