Bu maraqlıdır!

Prinsila adlı donuz balası oğlanı boğulmaqdan xilas edib

Kerol Berk və on bir yaşlı oğlu Entoni 1984-cü ilin isti iyul günündə çimmək üçün gölə yollanır. Onlar böyütdükləri iki aylıq və çəkisi on kiloqrama yaxın olan donuz balası Prinsilanı da özləri ilə aparırlar.

 

Psixi xəstə olan Entonidən fərqli olaraq, Prinsila suyu sevirdi və əla üzücü idi. Bir neçə saat ərzində Entoni anası və Prinsila ilə birlikdə maili göl qırağında gizlənqaç oynayır və sonda uşaq yorulur, Kerol Berk isə çimərlik ləvazimatlarını yığmağa başlayır. O, təkrar oğlunun yanına qayıtdıqda onu suyun içində görür. Uşaq var gücü ilə qollarını tərpətməyə çalışırdı. Kerol dərhal suya atılaraq ona tərəf üzür. Prinsila da eyni şəkildə suya atılır. Heyvan olmasına və oynayıb yorulmasına baxmayaraq, uşağa ilk olaraq o çatır.

 

Entoni ondan möhkəm-möhkəm yapışır, lakin təşviş içində bərk dartdığından ikisi də suyun altına gedir. Uşaq donuz balasından xeyli ağır olduğu üçün ikisi də batmağa başlayır. Prinsila var gücü ilə suyun üzünə çıxmağa çalışır və sonda buna müvəffəq olur. Entoni Prinsilanın kiçik bədənindən möhkəm yapışır və heyvan sahilə doğru üzüb quruya çıxır. Bütün donuzlar kimi Prinsilanın da güclü yaddaşı vardı. Bu hadisədən uzun illər sonra da hər dəfə uşağın suya yaxınlaşdığını görəndə narahatlıq keçirirdi.